Azərbaycan Premyer Liqasının XXVI turu geridə qaldı.
Korner.az-ın məlumatına görə, XXVI turun oyunlarını ümumilikdə 9250 azarkeş stadiondan izləyib.
Ən yaxşı göstərici “Qəbələ” – “Qarabağ” matçında qeydə alınıb – 4 min tamaşaçı. Ən zəif göstərici isə turun açılış matçı olan “Rəvan” – “Sumqayıt” oyununa təsadüf edib -150 azarkeş.
1. Qəbələ – Qarabağ – 4000 tamaşaçı
2. Xəzər Lənkəran – İnter – 2700 tamaşaçı
3. Neftçi – Kəpəz – 1700 tamaşaçı
4. Zirə – AZAL – 700 tamaşaçı
5. Rəvan – Sumqayıt – 150 tamaşaçı
