Ötən gecə oynanılan Ermənistan – Fransa (0-3) matçının ikinci hissəsində qonaqların kapitanlıq sarğısı Rafael Varana həvalə olunub.
Korner.az-ın məlumatına görə, 21 yaşlı futbolçu Blez Matyuidinin meydanı tərk etməsinin ardından liderlik funksiyasını oyunun sonunadək yerinə yetirib.
Bununla da Varan Fransa millisinin tarixinə ən gənc kapitan kimi düşüb.
Xatırladaq ki, “Real”ın müdafiəçisi yığmanın heyətində cəmi 15 oyun keçirib.
