Cəlalın komandasından səfər qələbəsi
11.03.2024 , 11:42

Bolqarıstan çempionatında 24-cü turun matçları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə “Botev”ə 2:1 hesabı ilə qalib gəlib.
Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətində çıxıb, 68-ci dəqiqədə əvəzlənib.
“Arda” hazırda 35 xalla 7-ci pillədə qərarlaşıb.
