Cəlalın komandasından səfər məğlubiyyəti
03.04.2024 , 11:18

Azərbayanın U-21 millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda 27-ci turda “Etar”la qarşılaşıb 1:2 hesabı ilə məğlub olub.
Cəlal Hüseynov da bu matçda iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, “Arda” hazırda turnir cədvəlində 36 xalla 7-ci pillədədir.
