Cəlalın komandasından ev qələbəsi
25.10.2024 , 18:15

Bolqarıstan çempionatında 13-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Septemvri”yə qalib gəlib – 2:1.
Cəlal da bu görüşün iştirakçısı olub. O matçın 66-cı dəqiqəsində meydana daxil olub.
