Cəlalın komandası məğlub oldu
15.12.2023 , 15:41
Bolqarıstan çempionatında 18-ci turdan təxirə salınmış oyunları keçirilib.
Korner.az xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Arda” səfərdə Sofiya təmsilçisi ÇSKA 1948 ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda məğlub olub – 0:1.
Millimizin üzvü də bu matçın iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
