Azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi “Tondela” klubu növbəti yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, Portuqaliya təmsilçisi yerli “Famalikao” ilə qarşılaşıb.
Görüş “Tondela”nın 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
Həmyerlimiz Cəfərov bu oyunda forma geyinməyib.
