Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi
05.10.2020 , 20:48

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayılın işğaldan azad olunan daha bir neçə kəndinin və strateji yüksəkliyinin adını açıqlayıb.
Korner.az xəbər verir ki, Ali Baş Komandan bu barədə “Twitter” səhifəsində yazıb:
“Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”.
