Daim təmkinli olmasıyla diqqət çəkən, hətta emosiyalarını ifrat dərəcədə qoruduğu, komandası qol vurduqda belə, sevincini büruzə verməyən "Fənərbağça"nın baş məşqçisi Aykut Kocamanın, nəhayət, üzünün güldüyü fotosu yayılıb.
Korner.az-ın məlumatına görə, soyuqqanlılığına görə "Buz adam" ləqəbi alan Kocaman komandasının bu gün "Latsio"yla heç-heçə edərək Avropa Liqasının yarımfinalına adlamasıyla "ənənəsini" pozub.
Paltardəyişmə otağına girərkən üzünün güldüyü anda çəkilmiş bu foto gənc çalışdırıcının mediadakı təbəssümlü yeganə fotosudur deyə bilərik.
