Bütün oyunlarda 1 dəqiqəlik sükut
07.02.2023 , 19:49

Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.
Korner.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib.
“Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!”, – postda qeyd olunub.
