“Bütün oyunçular tam hazırdı” – De Byazi
26.03.2021 , 22:39

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərə qarşı sabahkı matç barədə fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində yığmamızın qurupunda müsabiqədənkənar mübarizə aparan Asiya təmsilçisi ilə oyunöncəsi mətbuat konfransında bunları deyib:
“Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur Lüksemburq komandasına qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadı. Xüsusilə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm. Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək.
Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil. Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirdim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdı”.
