PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç “Çelsi” üzərində qazanılan qələbəni şərh edib.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu layiqli qələbə qazandıqlarını dilə gtirib:
“İndi bizim dayanmağa haqqımız yoxdu. Bu tempdə davam etməliyik və rəqiblərlə başa-baş mübarizə aparmalıyıq. ÇL-da qalan bütün matçlarda qələbə qazanmalıyıq. Bunun üçün hər şey edəcəyik”.
Matç parislilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
