“Tottenhem”in futbolçusu Harri Keyn gələcək karyerası haqda danışıb. “Real” və “Barselona” kimi klubların maraq dairəsində olan oyunçu bu haqda “Daily Mirror” nəşrinə danışıb.
O, karyerasını yalnız bir klubda keçirmək istədiyini deyib: “Bütün karyeramı bir klubda keçirmək istəyirəm. “Tottenhem”də qalmaq niyyətindəyəm, çünki bura fantastik məkandır. Bizim məşq bazamız möhtəşəmdir, tezliklə yeni stadionumuz olacaq. Məşqçimiz çox yaxşıdı və gənc komandamız var. Hər şey əladır.
Əsas odur ki, gələcəkdə də komanda belə inkişaf etsin. Transfer şayələrini də gördüyüm işlərə qarşılıq olaraq kompliment kimi qəbul edirəm”
