Ötən gün keçirilən “El-Klasiko”da “Real”ı (Madrid) 4:0 hesabı ilə məğlub edən “Barselona” dəqiq ötürmələri ilə inanılmaz göstəriciyə nail olub.
Korner.az-ın məlumatına görə, ötürmələrinin 87 faizi dəqiq olan katalonlar vurulaan ilk qolda rəqib oyunçuların topa toxunmalarına imkan verməmələri ilə diqqəti çəkiblər.
İlk qolun hücumunu Maskerano başlayıb və top Alba-Pike-Neymar-Dani Alveş-Rakitiç-İnyesta-Buskets-Serji Roberto “xətti” üzrə 105 saniyədə 40 dəfə hərəkət edib və sonda Suaresin zərbəsi ilə “Real”ın qapısından keçib.
İndi İspaniyada günün əsas sualı Madrid klubunun yarımmüdafiə xəttinin bu “pas trafiki” zamanı nə işlə məşğul olduğudur. Hətta 32-ci dəqiqədə ekranda görünən bir epizodda meydanın orta sahəsində yalnız “Barsa”lı futbolçuların olması sanki bu sualın qüvvətləndirici ədatıdır.
