“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 25-ci turunda AZAL-a 0:2 hesabı ilə uduzduqları matçı şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, ilk hissədə qol vurmaq üçün şanslarının olduğunu deyib:
“Amma yararlana bilmədik. On nəfərlə qaldıqdan sonra məğlub olduq. Gənc oyunçuları əvəzedicidən gətirmişik. Bir səhv futbolçuların həvəsdən düşməsinə səbəb olur. Bütün bunlara baxmayaq, mən oyunçularımı təbrik edirəm”.
