UEFA Avropa Liqasında son 16 xoşbəxtlərin arasına adını yazdıran "Fənərbağça" Çexiyanın "Viktoriya Plzen" klubu ilə martın 7-də səfər oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, artıq satışa çıxarılan bütün biletlər 4 gün öncə satılıb. Plzen təmsilçisinin rəsmilərindən – Paul Pillar verdiyi açıqlamada bunları deyib:
"Biletlər satışa çıxarılan saatdan etibarən 5 min bilet 2 saat içərisində satıldı. Bundan əlavə 12 min biletin hamısı satılıb və bu azarkeşlər içərisində qonaq komandanın fanatları da olacaq".