“Barselona”nın yarımmüdafiəçisi Serji Buskets dünən axşam oynanılan “El-klassiko”nun ardından “Real”lı futbolçuların hakimlikdən narazı qalmalarına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, katalonların 2:1 hesabıyla qalib gəldiyi matçdan sonra “Kral klubu”nun futbolçularının referilərdən narazı qalmasına Buskets kinayəli cavab verib.
“Real”ın futbolçuları yenə hakimliyə görə ağlaşırlar? Onlar həmişə bəraət axtarırlar. Şikayətlənməyə heç bir əsasları yoxdu. Hakimlər nə bu oyunda, nə də mövsümün hər hansı oyununda şikayət üçün əsas verməyiblər”, – deyə o bildirib.