Buskets: “Messinin etdikləri bizə qəribə gəlmir”
31.03.2019 , 11:25

İspaniyanın “Barselona” klubunun yarımmüdafiçisi Serxio Buskets “Espanyol” görüşü sonrası açıqlamalar verib.
Qələbənin qazanılmasında xüsusi rolu olan Messi haqqında danışan ispaniyalı futbolçu onun etdiklərinə təəccüblənmədiyini deyib.
“Messi bizim üçün çox vacib oyunçudur. Onun nələr etdiyini hamımız çox yaxşı bilirik. Bəzən, onun etdiklərinə təəccüblənmirik.”
Qeyd edək ki, ötən gün “Barselona” kataloniya derbisində “Espanyol”a Messinin vurduğu 2 qolla qalib gəlib.
