Buskets: “Mənə görə, Pep…”
08.04.2019 , 16:36

“Barselona” klubunun futbolçusu Serxio Buskets Pep Qvardiolanı unutmadığını deyib.
İspaniyalı futbolçu hələ də Qvardiolanın oyun tərzini daha çox bəyəndiyini gizlətməyib.
Sergio Busquets’in son müsahibəsindən:
“Müqayisələri sevmirəm. Lakin, bizim ən yaxşı vaxtlarımızda Pep var idi. Futbol eyni deyil, biz keçmişdə etdiklərimizlə gələcəkdə edə biləcəklərimizi müqayisə edə bilmərik. Əvvəllər 4-3-3 oynayırdıq, indi isə bəzən 4-3-3 oynasaq da, bəzən bu sistem 4-4-2 olaraq dəyişə bilir. Düzünü desəm, mən 4-3-3 taktikasını daha çox bəyənirəm.”
