“Bursaspor”un yeni baş məşqçisi
24.08.2021 , 17:38

“Bursaspor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Korner.az xəbər verir ki, I liqa təmsilçisi bu posta Fatih Tekkeni gətirib. 43 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Bu bərədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tekke bu postda bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Eri əvəz edib.
Azərbaycan millisinin üzvü Namiq Ələsgərov “Bursaspor”da çıxış edir.
