Türkiyənin “Bursaspor” klubunun iki əsas futbolçusu heyətdən uzaqlaşdırılıb.
Korner.az-ın məlumatına görə, komandanın kapitanı İbrahim Öztürk və Ferhat Kiraz əsas komandaya kömək edə bilməyəcək. Klubun rəsmi saytında verilən açıqlamada bu futbolçuların “Bursaspor”un 21 yaşlı komandasına cəlb olunduğu deyilir.
Qeyd edək ki, bu qərarı komandanın baş məşqçisi Şenol Güneş verib.
