UEFA tərəfindən 1 il Avropa Liqasına qadağa qoyulan Türkiyənin "Bursaspor" klubu şad xəbərə sevinib.
Korner.az-ın məlumatına görə, "timsahlar" bu qərara etirazlarını bildiriblər. Bu etirazları nəzərə alan İdman Arbitraj Məhkəməsi 1 illik Avropa Liqasından diskvaliflkasiya cəzasını 250.000 avro məbləğ ilə əvəzləyib.
"Ağ-yaşıllar" 2007-2008 mövsümündə "Porsmunt"dan transfer etdiyi Kollins Mbesumaya görə UEFA tərəfindən Avropa Liqasından diskvaliflkasiya edilmişdi. "Bursaspor" rəhbərliyi ingilislərə ödəyəcəyi pulu gecikdirmişdi.
