"Bavariya"nın "Verder"dən etdiyi yeni transferi Kladio Pizzaro komandada əsas heyətə düşmək üçün gərgin mübarizənin olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, perulu forvard gələn mövsüm çempionluq sevinci yaşamaq üçün əllərindən gələni etdiklərini deyib:
"Bavariya" möhtəşəm klubdur. Burda hər kəs qazanmaq istəyir. Mən də onlar kimi. Heç kim ehtiyatda oturmaq istəməz. Lakin komanda yoldaşım Mario Qomez ötən mövsüm inanılmaz performans ortaya qoydu. AVRO-2012-dəki çıxışına da söz ola bilməz".
