Burak Yılmazın yeni iş yeri
28.01.2025 , 15:44

Burak Yılmazın yeni iş yeri məlum olub.
Korner.az xəbər verir ki, 39 yaşlı mütəxəssis “Kasımpaşa”nın baş məşqçisi təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Burakla imzalanan müqavilənin detalları barədə məlumat açıqlanmayıb.
O, bundan öncə “Kayserispor”a rəhbərlik edirdi.
