“Qalatasaray”dan Çinin “Beyszin Qoan” klubuna transfer olunan Burak Yılmaz İstanbula geri dönüb.
Korner.az-ın məlumatına görə, Türkiyə yığmasının forvardı Çində yeni mövsüm başlamadan zədələnib.
Təcrübəli futbolçu müalicə üçün İstanbula geri dönüb. Burakın 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.
İstanbula gələn Burak ziyarətindən də qalmayıb. O, Arda turanın açdığı restoranı da ziyarət edib.
