Burak Yılmazdan yeni xəbər var
22.05.2023 , 11:07
Türkiyə millisinin sabiq üzvü “Fortuna Sittard”da çıxış edən Burak Yılmaz komandadakı gələcəyi ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, futbolçu mövsümün sonunda Niderland klubundan ayrılacaq.
Bu barədə ESPN məlumat yayıb. Yayılan xəbərə görə, Burak Yılmaz mövsümün əvvəlində klubla 5 illik müqavilə bağlasa da, komandadan ayrılmağa qərar verib.
“Fortuna Sittard”da 27 oyun keçirən təcrübəli hücumçu 9 qol vurub, 4 məhsuldar ötürmə edib.