"Qalatasaray" rəhbərliyi Burak Yılmaz üçün "Trabzonspor" ilə görüşdüklərini rəsmən açıqlayıblar.
Korner.az-ın məlumatına görə, "Latsio" və Moskva "Lokomotiv"i komandalarına keçidi baş tutmayan Türkiyə millisinin üzvü "cim-bom"a keçməyə çox yaxındır. Burak "sarı-qırmızılılara" transfer olunacağı təqdirdə, sabiq futbolçu Sərgən Yalçın kimi 4 böyük klubda forma geyinmiş olacaq.
Sərgən Yalçın "Fənərbağça", "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor" komandalarında çıxış etmişdi.
