"Qalatasaray"ın "Trabzonspor"dan transfer etdiyi Burak Yılmaz klubun Tv kanalına danışıb.
Korner.az-ın məlumatına görə, ilk gününün çox həyəcanlı keçdiyini bildirən Yılmaz bunları deyib:
"Burada olmaq həqiqətən də gözəldir. İnşallah bu gözəlliklər davam edəcək. Fatih müəllimimlə daha da yaxşı işlər bacarıb bütün fikirimi futbola yönəldəcəyəm".
Qeyd edək ki, Türkiyə millisinin üzvü "cim-bom"un heyətində 18 nömrəli forma altında çıxış edəcək.