Futbol

Burak Yılmaz “Qalatasaray”da … nömrəli formada oynayacaq

19.07.2012 , 10:57

"Qalatasaray"ın "Trabzonspor"dan transfer etdiyi Burak Yılmaz klubun Tv kanalına danışıb.

Korner.az-ın məlumatına görə, ilk gününün çox həyəcanlı keçdiyini bildirən Yılmaz bunları deyib:

"Burada olmaq həqiqətən də gözəldir. İnşallah bu gözəlliklər davam edəcək.  Fatih müəllimimlə daha da yaxşı işlər bacarıb bütün fikirimi futbola yönəldəcəyəm".

Qeyd edək ki, Türkiyə millisinin üzvü "cim-bom"un heyətində 18 nömrəli forma altında çıxış edəcək.

Son yazılar

Yuxarı