“Qalatasaray”ın futbolçusu Burak Yılmaz rəhbərliyə şikayət edib.
Korner.az-ın məlumatına görə, klubun bombardiri hücumda tək qalmaqdan bezib. Burak Yılmaz komanda yoldaşlarından yetəri qədər kömək almadığını klub rəhbərinə bildirib. “Sari-qırmızılılar”ın rəhbərliyi “Sent Etyen”in hücumçusu Mevlüt Erdinçi transfer etməyə çalışacaq.
Xatırladaq ki, “aslanlar” son olaraq “Arsenal”dan Lukas Podolskinin transferində uğursuz nəticə almışdılar
