“Qalatasaray”ın futbolçusu Burak Yılmaz komandadan ayrılır.
Korner.az-ın məlumatına görə, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Buna iddiaaya əsas futbolçunun azarkeşlərlə “vidalaşması” olub. Belə ki, ötən gün “Osmanlıspor”la baş tutan oyunun 31-ci dəqiqəsində qol vurduqdan sonra əl işarəsi ilə azarkeşlərə təşəkkür etməsi olub.
İddiaya görə, Burak artıq “Vest Hem”lə anlaşıb. İngiltərə klubu bu transfer üçün “Qalatasaray”a 7,5 milyon avro ödəyəcək.
