“Pekin Quoan”un futbolçusu Burak Yılmaz “Beşiktaş”a transfer olunacağı iddialarına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, “TRT Spor”a danışan hücumçu Türkiyəyə qayıtmağı düşünmədiyini deyib.
O, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə transfer üçün yox, başqa səbəbdən görüşdüyünü söyləyib.
