Türkiyənin "Qalatasaray" klubu İngiltərədə təlim-məşq toplantısı çərçivəsində ikinci, sonuncu yoxlama görüşünü keçirib.
Korner.az-ın məlumatına görə, "Cim-Bom" İngiltərənin köklü klublarından olan "Nots Kaunti" ilə qarşılaşıb.
Matç "aslan"ın qələbəsi ilə yekunlaşıb – 2:1.
Qarşılaşmanın 55-ci dəqiqəsində Dani topu öz qapısına göndərib. Sona 10 dəqiqə qalmış Burak və Sneyderin qolları ilə "Qalatasaray" qələbə qazanıb.
