"Qalatasaray"ın hücumçusu Burak Yılmaza Avropa klublarından rəsmi təklif gəlib.
Korner.az-ın məlumatına görə, forvard üçün Madridin "Atletiko" və "Roma" klubları "Qalatasaray"a rəsmi təklif göndərib.
Sözügedən klubların rəsmi təklifin daxil olduğunu futbolçunun meneceri Ali Egesel də təsdiqləyib.
Bu iki klubdan başqa İtaliya "Latsio"su və "İgiltərənin "Fulhem" klubunun da Burakı sıralarına qatmaq istədikləri yayılan xəbərlər arasındadı.
