“Burada yenidən qələbələr qazanmaq istəyirəm”
20.06.2022 , 21:18

“Səbail”in yeni transferi Emil Martinov klubun mətbuat xidmətinə açıqlama verib
Korner.az xəbər verir ki, bolqarıstanlı yarımmüdafəçi medallar uğrunda mübarizə aparacaqlarını deyib:
“Burada yenidən qələbələr qazanmaq istəyirəm. İlk gəlişimdə medalçı olduq. Bu dəfə də ən yüksək mövqelər üçün mübarizə aparacağıq.
“Səbail”in azarkeşləri mənə hər zaman dəstək olub. Onlar üçün hər oyun maksimum dərəcədə əzmkarlıq göstərəcəm”.
