“Karyeramı vətənim Azərbaycanda davam etdirəcəyim üçün xoşbəxtəm. Mən əslən Sumqayıt şəhərindənəm və burada dünyaya göz açmışam. Doğma şəhərimin komandasında çıxış edəcəyim üçün çox şadam”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın yeni transferi Vüqar Əsgərov deyib.
Son klubu “Metallurq”da yeddi oyunda meydana çıxaraq iki qol vuran futbolçu milli komandaya çağrılmaq istədiyini bildirib: “İnşallah “Sumqayıt”da uğurlu çıxış edib yenidən milli komandaya çağırıla bilərəm. Burada uğur qazanacağıma inanıram”