“Burada çox xoşbəxtəm” – “Liverpul”un futbolçusu
13.05.2024 , 18:19

“Liverpul”un oyunçusu Luis Diaz mətbuata açıqlama verib.
Korner.az xəbər verir ki, futbolçu İngiltərə klubunda xoşbəxt olduğunu bildirib:
“Liverpul” kimi böyük kluba gələndə çox şey öyrənirsən. Hər dəfə daha peşəkar olmağı, daha yaxşı insan və dost olmağı öyrənirsən. Həqiqət budur ki, burada olmaqdan çox xoşbəxtəm”.
“Liverpul”un 2022-ci ildə “Portu”dan heyətinə qatdığı 27 yaşlı futbolçunun İngiltərə komandası ilə müqaviləsi 2027-ci ilə qədərdir.
