Topaz Premyer Liqasında XIX turun evdə “Neftçi” – “Keşlə” (3:2) oyunundan sonra təşkil olunan mətbuat konnfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb
O, əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
– Bəlkə də, yeganə oyun olardı ki, xal itirsək, məyusluq hiss edərdim. Azarkeşlərimizi təbrik edirəm. Pillə-pillə irəliləyirik. Yolumuz çox çətindi. Çalışırıq ki, hər oyuna motivasiyalı çıxaq. Futbolçularıma təşəkkür edirəm. Bu gün məğlub da ola bilərdik. Gözəl oyunla qalib gəldik.
– Oyunun gedişində Rəhman Hacıyevi əvəzləmək istəsəz də, sonda Emini meydandan çıxartdız…
– Bəli, onu əvəzləmək istəyirdim, lakin Emin yaxınlaşıb yorğun olduğunu bildirdi və onu oyundan aldıq.
– İki dəfə önə keçsəz də, sonda hesabı qoruya bilmədiz. Bu, komandanın boşalması ilə bağlı idi?
– Xeyr, əvvəlcədən də “Keşlə”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Bununla bağlı komandaya tapşırıq vermişdim. Ancaq qarşısını ala bilmədik. Bu, “Keşlə”nin üstünlüyüdü. Çalışacağıq ki, gələn oyunlarda bu cür hallar yaşanmasın.
futbolpress.az
