“Bunun mənim üçün düzgün məqam olduğunu düşünmürəm” – Regekampf
28.09.2022 , 12:33

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf adının Rumıniya yığması ilə hallanmasına münasibət bildirib.
Korner.az xəbər verir ki, klubun televiziyasına danışan mütəxəssis bunları söyləyib:
“Xeyr. Bunun mənim üçün düzgün məqam olduğunu düşünmürəm. “Neftçi” ilə müqaviləm var. Rumıniya yığmasının yaxşı baş məşqçisi var. Digər namizədlər də yaxşıdır. Hazırda “Neftçi”dəyəm və düzgün məqam deyil”.
Rumıniya mətbuatı Regekampfın yığma üçün baş məşqçi postuna namizədlər arasında olduğunu iddia edib.
