Futbol tarixi daha bir yeniliyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, bundan sonra azarkeşlər meydanda baş verənləri hakimin gözüylə də görə biləcəklər.
Artıq bu tıcrübə sınaqdan keçirilib. İyulun 31-də İtaliyanın “Roma” klubuyla ABŞ liqasının qarışıq komandası arasında keçirilmiş yoldaşlıq qarşılaşmasının (3:1) baş hakimi Hilario Qrayedanın başına üzərində kamera olan şlem keçirilib. Kamera hakimin gözü istiqamətində yerləşdirilib.
Qeyd edək ki, ABŞ çempionatının növbəti mövsümündən etibarən bütün oyunlarda baş hakimlər meydana bu şlemlə çıxacaqlar. Yeni ixtiranın istifadəyə verilməsində məqsəd hakim səhvlərini minimuma endirməkdi.
