Almaniyanın “Verder” klubu yenmi baş məşqçisinə qovuşub.
Korner.az-ın məlumatına görə, Bremen təmsilçisi Tomas Şaafın yerinə Robin Duttun gətirildiyini bəyan edib.
Müqavilənin şərtləri haqda məlumat verilməyıb.
Qeyd edək ki, “ağ-yaşıllar”ın yeni baş məşqçisi daha öncə ölkə Bundesliqada “Bayer” (Leverkuzen) və “Frayburq”a başçılıq edib. Dutt eyni zamanda Almaniya Futbol Federasiyasının idman direktoru vəzifəsində işləyib.