"Qarabağ"ın futbolçusu Ansi Aqolli Almaniyanın "Ayntraxt" klubunun maraq daiərsindədi.
Korner.az–ın məlumatına görə, sözügedən xəbəri Almaniya mətbuatı yayıb.
Xəbərdə bu barədə futbolçunun özünə və klubuna məlumat verildiyi deyilir. Təbii ki, bunun üçün ilk növbədə “Qarabağ”ın razılığını almaq lazımdır. Çünki albaniyalı sol cinah müdafiəçisinin ağdamlılarla müqaviləsi 2 ildən sonra başa çatır. Almanların iddiasına görə, “Ayntraxt” Aqollinin özünə ildə 220 min avro maaş verməyə razıdır.
