Bundesliqanın bərpa müddəti uzadıldı
31.03.2020 , 20:46

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası aprelin 2-də bərpa olunmayacaq.
Korner.az xəbər verir ki, Almaniya Futbol Liqasının prezidenti Kristian Zayfert aprelin 30-dək oyunların keçirilməyəcəyini deyib.
Qeyd edək ki, Bundesliqa martın 13-də dayandırılmış, oyunlar aprelin 2-dək təxirə salınmışdı.
