Bundesliqanın bərpa müddəti uzadılacaq
25.03.2020 , 16:52

Almaniyada futbol çempionatlarının bərpa müddəti uzadılacaq.
Korner.az xəbər verir ki, yarış rəhbərliyi koronavirus pandemiyasına görə aprelin 30-dək çempionatları təxirə salmağı planlaşdırır.
Daha öncə Almaniyada çempionat oyunları aprelin 2-dək təxirə salınmışdı.
