"Fənərbağça" Almaniyanın "Ştudqart" klubundan türk əsilli futbolçusu Sərdar Taşçını sıralarına qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, "sarı-lacıvərdlilər"in çalışdırıcısı Aykut Kocaman mərkəz müdafiyəsinə Almaniya millisinin də üzvü olan Sərdar Taşçını transfer etmək niyyətindədi.
Rəhbərlik Taşçı üçün 8 milyon avrosundan keçməyə hazırdır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm çıxdığı 21 Bundesliqa matçında 2 qol vurmağa müvəffəq olmuşdu.
