Bundesliqadan La Liqa klubuna
01.01.2021 , 16:48
“Selta” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Maynts” klubunun futbolçusu Aaron Martini transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.