Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Hamburq” yeni baş məşqçisinin adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, bundan sonra komandanı 49 yaşlı Bruno Labbadiya çalışdıracaq.
Cari mövsüm “Hamburq”u çalışdıracaq 3-cü məşqçi olan Labbadiya ilə 15 aylıq müqavilə imzalanıb. O, kluba yad sima deyil. Labbadiya 2009-10-cu illərdə “Hamburq”da işləyib.
