Bir neçə gün öncə Mixael Frontseklə yollarını ayıran Almaniyanın “Hannover” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytından məlumat yayıb.
Mənbədə bildirilir ki, rəhbərlik yerli mütəxəssis Tomas Şaafla anlaşıb.
“Qırmızı-qaralar” 54 yaşlı çalışdırıcı ilə 2017-ci ilin iyununa qədər müqavilə bağlayıb.