Bundesliqada XIX tura darmadağınla yekun vuruldu
28.01.2019 , 09:45

Almaniya bundesliqasında 19-cu tura yekun vurulub. Turun son oyununda darmadağın qeydə alınıb. Səfərdə “Fortuna”nın qonağı olan “Leyptsiq” rəqibin qapısından 4 cavabsız top keçirib.
Bu qələbədən sonra xallarının sayını 34-ə yüksəldən “Leyptsiq” 4-cü sıradakı yerini qoruyub. “Fortuna” isə 21 xalla 14-cü sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 48 xalla “Borussiya” (Dortmund) başçılıq edir. 42 xalı olan “Bavariya” ikincidir. Münhenqladbax “Borussiya”sı isə
39 xalla ilk 3-lüyü tamamlayır.
Almaniya bundesliqası, 19-cu tur
27 yanvar
“Fortuna” – “Leyptsiq” – 0:4
Qollar: Y. Poulsen, 2 (0:1), İ. Konate, 9 (0:2), Y. Poulsen, 16 (0:3), K. Laymer, 68 (0:4)
