Son olaraq “Sivasspor”dan Məhəmməd Əli Atamın transferini reallaşdıran “Sumqayıt” növbəti futbolçunu heyətinə qatıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 4-cü Bundesliqada mübarizə aparan “Berliner AK” klubunda çıxış etmiş Azərbaycan əsilli Pərdis Fərcad-Azad klubumuzla ikiillik müqavilə imzalayıb. Hücumameyilli yarımmüdafiəçi 1988-ci ildə anadan olub və peşəkar karyerasına 2007-ci ildə “FC Karl Zeiss Jena” klubunun ikinci komandasında başlayıb. O, bu qarşılaşmalarda 36 oyunda meydana çıxıb və rəqib qapılarından 7 top keçirib.
Pərdis 2009-2010-cu illər ərzində “VFC Plauen”in şərəfini qoruyub (20 oyun, 3 qol). 2010-cu ildən “Berliner AK”da çıxış edən adıçəkilən futbolçu 34 qarşılaşmada rəqib qapılarından 13 top keçirib.
Yeni transfer Pərdis Fərcad-Azad “Sumqayıt” 7 nömrəli futbol formasını geyinəcək.
